Ölkəni siyasi böhrandan çıxarmaq üçün Fransa hakimiyyəti yeni parlament seçkiləri keçirə bilər.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Mən Fransanın daxili işlərinə qarışmaq fikrində deyiləm, amma nəzərə alsaq ki, fransızların 61%-i prezident Makronun istefasını dəstəkləyir, 50%-i isə Milli Assambleyanın buraxılmasını istəyir ( parlament – red.), yeni seçkilər siyasi böhranı həll etmək üçün yaxşı həll yolu ola bilər”, - deyə o vurğulayıb.
QAZİLER.AZ