Azərbaycan vətəndaşları 2016-ci ildən başlayaraq viza olmadan Vyetnama turist kimi səfər edə biləcəklər. Trend-in xəbərinə görə, bu barədə Vyetnamın milli turizm administrasiyasının Departament rəhbəri Nquyen Qay (Nguyen Phuong Quy) deyib.
Onun sözlərinə görə, Vyetnamın baş naziri bazar ertəsi fərman imzalayıb. Fərmana əsasən 2016-ci ildən başlayaraq Vyetnama viza almadan səfər etmək mümkün olacaq.
Bu fərman bütün ölkələrin turistlərinə aid edilir.