İranın BMT-dəki daimi nümayəndəsi Seyid İrəvani ABŞ-ın İraqdakı zərbəsi nəticəsində öldürülən Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin qətlinin günahkarlarını, təşkilatçılarını və sponsorlarını məsuliyyətə cəlb etməyin Tehranın qanuni hüququ olduğunu bildirib.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, o, bu barədə BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda yazıb.
“General-leytenant Süleymani İraqa rəsmi səfəri zamanı öldürülüb. Bu, regionda terrorizmlə mübarizədə həlledici rol oynayan BMT-nin suveren dövlətinin yüksək rütbəli rəsmisinə qarşı məqsədli və qanunsuz hücum idi. Bu, beynəlxalq hüququn, BMT Nizamnaməsinin və ABŞ-ın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulmasıdır”, - İranın BMT-dəki daimi nümayəndəsinin məktubunda deyilir.