Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani yaxın günlərdə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya səfər etməyi planlaşdırır.
QAZÍLER.AZ Publika.az-a istinaden xəbər verir ki, bu barədə nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Əssad Həsən Əş-Şibani qeyd edib ki, Suriyanın yeni administrasiyası bu səfərin ölkənin sabitliyinin və təhlükəsizliyinin qorunmasına, eləcə də ölkənin iqtisadi bərpasına töhfə verəcəyinə ümid edir.