Lavrov Rusiya-ABŞ münasibətlərinin bərpası üçün ŞƏRTİ açıqlayıb

Lavrov Rusiya-ABŞ münasibətlərinin bərpası üçün  ŞƏRTİ açıqlayıb backend

“Rusiya ilə münasibətləri bərpa etmək üçün ilk addımı ABŞ atmalıdır”.

Qaziler.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Rusiya-Amerika münasibətlərinin perspektivlərinə gəlincə, əgər Birləşmiş Ştatlar hazırdırsa, biz Ukraynada hərbi əməliyyatların başlamasından sonra Vaşinqton tərəfindən kəsilmiş siyasi dialoqun bərpasına açığıq”, - Lavrov deyib.

Lavrovun sözlərinə görə, münasibətlər amerikalılar tərəfindən kəsilib və buna görə də ilk addımı onlar atmalıdırlar. O əlavə edib ki, Rusiyanın bu məsələdə çoxdan illüziyası yoxdur.

QAZİLER.AZ

Diaspora