Almaniya kansleri Olaf Şolts bildirib ki, Rusiya lideri Vladimir Putinlə söhbətində o, Berlinin Kiyevə dəstəyini zəiflətməyəcəyini açıq şəkildə bildirib.
Qaziler.az xəbər verir ki, bu barədə Almaniya kansleri “T-Online”a müsahibəsində deyib. Siyasətçi Ukrayna ilə bağlı fikirlərini Rusiya prezidentinə çatdırmağın vacib olduğunu vurğulayıb.
“Mən ona başa saldım ki, o, bizim Ukraynaya dəstəyimizin azalacağını gözləyə bilməz. Təkcə Almaniyaya hərbi yardım 28 milyard avro təşkil edir. ABŞ-dan sonra biz Ukraynanın dünyada ən güclü dəstəkçisiyik”, - Şolts bildirib.
QAZİLER.AZ