Şolts Putinlə yenə nəyisə müzakirə etmək istədiyini bildirdi

Şolts Putinlə yenə nəyisə müzakirə etmək istədiyini bildirdi backend

Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə yenidən danışmaq istəyir.

Qaziler.az xəbər verir ki, bu haqda “t-online” portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Almaniya hökumətinin başçısı Rusiya lideri ilə Ukraynanı müzakirə etmək niyyətindədir.

"Mən Putinlə yenidən danışmaq istərdim. Sadəcə sadəlövh olmaq olmaz və illüziyalara qapıla bilmərsiniz”, - Şolts müsahibəsində deyib.

Almaniya kansleri NATO qoşunlarının Ukraynaya göndərilməsi təklifi ilə heç vaxt razılaşmayacağını vurğulayıb. Onun sözlərinə görə, Almaniya Kiyevə təhlükəsizlik zəmanətinin verilməsində mühüm rol oynayacaq.

QAZİLER.AZ

Diaspora