Lavrov Suriyanı parçalamamağa ÇAĞIRDI

Lavrov Suriyanı parçalamamağa ÇAĞIRDI backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın parçalanmasının qarşısını almağa çağırıb.

Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bu barədə Rusiya XİN rəhbəri nazirliyin saytında yayımlanan müsahibəsində deyib.

“Suriyanın parçalanmasına icazə vermək olmaz. Bəziləri bunu çox istəyir”, - nazir bildirib.

Lavrov əlavə edib ki, İsrail öz məsuliyyətini dərk etməli və təhlükəsizliyi başqa dövlətlərin hesabına təmin etməyə çalışmamalıdır.

QAZİLER.AZ

Diaspora