İndiyədək bələdiyyə seçkilərində 755 nəfər namizəd kimi qeydə alınıb.
QAZÍLER.AZ "Report"-a istinaden xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, qeydə alınan namizədlərdən bir nəfər dünyasını dəyişdiyindən hazırda 754 namizəd var:
"Ümumilikdə 15 min 886 nəfər namizədlik üçün müraciət edib. 6 min 889-u imza vərəqələrini götürüb. 2 min 79 nəfər imza vərəqələrini dolduraraq təqdim edib".
MSK sədri deyib ki, bələdiyyə seçkilərini müşahidə etmək istəyən 1 min 95 müşahidəçi qeydə alınıb:
"Müşahidəçilərin 131 nəfəri MSK-da, 964 müşahidəçi isə dairə seçki komissiyaları tərəfindən qeydə alınıblar".