Avropa İttifaqına inteqrasiya Gürcüstanın xarici siyasət prioriteti olaraq qalır.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib:
“Bu gün xarici siyasət kursumuzla bağlı hər şey aydındır. Xarici siyasət prioritetlərimiz Konstitusiya səviyyəsində dəqiq müəyyən edilib. Bizim məqsədimiz Avropa İttifaqına inteqrasiyadır, təbii ki, bunun üçün hər şey ediləcək”.
Baş nazir güzəşt edilə bilinməyəcək yeganə məsələnin ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü olduğunu, qalan hər şeyin müzakirə mövzusu olduğunu qeyd edib:
"Güzəşt edilə bilməyən yeganə şey bizim suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüzdür. Qalan hər şey, əlbəttə ki, müzakirə mövzusudur. Qırmızı xətlərimiz var, lakin eyni zamanda, Gürcüstanın sonda Avropa İttifaqına üzv olması üçün hər şeyi etməyə hazırıq. Bu, həm də yeni seçilmiş prezident, cənab Mixeil Kavelaşvilinin mövqeyidir. Hər şey ediləcək ki, biz nəhayət Avropa İttifaqına üzv olaq. 2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına daxil olmasının tamamilə real olduğunu düşünürük”.