Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas İordaniyaya səfər edib.
QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, bu barədə Kallas “X” platformasındakı paylaşımında bildirib.
"Bu gün Suriyadakı vəziyyəti xarici işlər nazirləri, Türkiyə, ABŞ və digər tərəfdaşlarla müzakirə etmək üçün İordaniyadayam. Biz Suriyanın vətəndaşlarının təhlükəsizliyini və hüquqlarını qoruyan inklüziv keçidi dəstəkləməyin yollarını araşdıracağıq", deyə o paylaşımında qeyd edib.