Azərbaycanın Aktaudakı baş konsulluğun təşkilatçılığı ilə Ş.Yessenov Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq müasir mərhələdə: ikitərəfli münasibətlərin inkişafında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, dəyirmi masada ölkəmizin və Qazaxıstanın aparıcı ekspertləri, alimlər, ictimaiyyət nümayəndələri, müəllim heyəti, tələbələr, Azərbaycan icmasının fəalları iştirak ediblər. Tədbirdə Yessenov adına Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının müdiri professor Elmira Temirxanova, dosent Akmaral Medixanova, baş müəllim İlkin Orucov (eyni zamanda universitet nəzdində Azərbaycan Mərkəzinin direktoru), fizika-riyaziyyat elmləri doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü Vəli Hüseynov, Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, siyasi elmləri doktoru Eldar Cəfərov məruzələrlə çıxış ediblər.
Bundan başqa, 12 dekabr tarixində Aktau şəhərində yerləşən “Grand Viktoriya” mehmanxanasında Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Aktau şəhərində fəaliyyət göstərən Türkiyə, İran, Özbəkistan Respublikalarının baş konsulluqlarının, Aktau şəhər Məslixat Şurasının (deputatlar Şurası), Xalq Assambleyasının, Azərbaycan və Türk icmasının fəalları, iş adamları, tələbələr iştirak ediblər.
Anım mərasimi yerli KİV-də geniş işıqlandırlıb.