Tramp niyə "İlin adamı" seçildi?

Tramp niyə "İlin adamı" seçildi? backend

Bütün dünyada ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla bağlı müəyyən ümidlər var.

Qaziler.az xəbər verir ki, bu fikirləri Rusiya Dövlət Dumasının deputatı Aleksandr Tolmaçov “NEWS.ru”ya müsahibəsində bildirib. O, siyasətçinin “Time” jurnalı tərəfindən ilin adamı kimi tanınmasını belə şərh edib:

“Dünyada indiki ABŞ lideri Co Baydenin dövründə başlayan həddindən artıq gərginlik erası amerikalılarda da öz əksini tapıb və seçkilərdən sonra hakimiyyətdən gedən prezidentə qarşı münasibətini nümayiş etdirib”, - deputat qeyd edib.

O xatırladıb ki, Tramp biznesmen və praqmatistdir. Bir tərəfdən istənilən biznesin əsasını təşkil edən danışıqlar aparmaq qabiliyyətinə malikdir. Digər tərəfdən, siyasətçi öz ölkəsinin maraqlarını qətiyyətlə müdafiə edəcək, rusiyalı parlamentari əlavə edib.

“Trampın hakimiyyəti altında müharibələrin olmayacağı ilə bağlı açıqlamasını müsbət qarşılamaq olar. Amma onların harada olmayacağını dəqiqləşdirməyib. 2025-ci il “ilin adamı”nın Ağ Evə gəlişi ilə dünyanı necə dəyişəcəyini göstərəcək”, - deyə Tolmaçev fikirlərini tamamlayıb.

QAZİLER.AZ

Diaspora