Kansler Almaniyanın Ukraynanı niyə dəstəklədiyini açıqlayıb

Kansler Almaniyanın Ukraynanı niyə dəstəklədiyini açıqlayıb backend

Almaniya kansleri Olaf Şolts Almaniyanın Ukraynanı alman biznesi üçün potensial iqtisadi faydaya görə dəstəklədiyini bildirib.

Qaziler.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

O qeyd edib ki, münaqişədən əvvəl və sonra Ukrayna iqtisadiyyatına qoyulan investisiyalar Almaniya iqtisadiyyatına fayda verə bilər.

“Müharibədən sonra biz Ukraynada yalnız son iki onillikdə Aİ-yə daxil olan Mərkəzi və Şərqi Avropa ölkələrində gördüyümüz artım templərini və inkişaf imkanlarını görəcəyik”, - Şolts qeyd edib.

Kansler Almaniyadakı biznesmenləri Ukraynaya və onun bərpasına sərmayə qoymağa çağırıb, ölkəni gələcək Aİ-nin potensial üzvü kimi qiymətləndirib. O, həmçinin iki ölkə arasında əlaqələrin inkişafında Almaniyadan sığınacaq almış ukraynalıların rolunu qeyd edib.

Daha sonra Şolts çıxışını almanlarla ukraynalıların çiyin-çiyinə dayanaraq, inkişaf yolunu birlikdə qət etməli olduqlarını vurğulayaraq yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora