Ümid edirik ki, Qarabağın işğaldan azad olunması ilə yaranan tarixi fürsət Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına şərait yaradacaq.
Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türkiyə səfirlərinin 15-ci konfransında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı qeyd edib ki, Türkiyə münaqişələr və müharibələrlə əhatə olunmuş bir bölgədə yerləşir.
“Əminəm ki, türk diplomatiyası bölgədə sülh və sabitliyin bərqərar olunması üçün fəaliyyətini qətiyyətlə davam etdirəcək”, - deyə Ərdoğan vurğulayıb.
Suriya məsələsinə toxunan Türkiyə Prezidenti vurğulayıb ki, Ankara suriyalı qardaşlara hərtərəfli dəstək göstərməyə davam edəcək.
“Ümid edirəm ki, Suriyadakı yeni administrasiya cəmiyyətin bütün təbəqələrinin maraqlarını nəzərə alacaq”, - deyə Prezident əlavə edib.