Donald Tramp Suriyadakı vəziyyətlə bağlı “bu bizim savaşımız deyil, ABŞ buna qarışmamalıdır” açıqlamasını səsləndirsə də, o yanvarın 20-də Ağ Evə yerləşdikdən sonra Pentaqonun, Mərkəzi Kəşfiyyat İdarəsinin, Dövlət Departamentinin hesabatlarını və müşavirlərinin məsləhətlərini nəzərə almaq məcburiyyətində qalacaq. Bunu Amerikanın dərin dövlət ənənəsi tələb edir.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Tramp birinci prezidentliyi dönəmində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ABŞ-ın Suriyada PKK-ya bağlı qruplara dəstək verməyəcəyini və qoşunlarını Suriyadan çıxaracağını vəd etmişdi:
“Tramp vədini yerinə yetirə bilmədi, çünki onun masasına qoyulan hesabatlar fərqli idi, amerikalı diplomatlar və generallar “biz Suriyada olmalıyıq” fikrini ona təlqin etdirdilər. Bu dəfə də belə olacaq”.