Azərbaycana mehriban qonşu olmaq istəyirik - Kostanyan

Azərbaycana mehriban qonşu olmaq istəyirik - Kostanyan backend

Birinci istiqamət qonşularımızla münasibətlərimizdir. Bizim dörd qonşumuz var: Gürcüstan, İran, Azərbaycan və Türkiyə. Və hesab edirik ki, dörd qonşumuzla heç olmasa, mehriban qonşuluq münasibətlərimiz olmalıdır.

QAZÍLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Bəhreyndə keçirilən “Manama dialoqu” beynəlxalq forumunda çıxış edərkən deyib.

“Xarici siyasət prioritetlərimizin ikinci təbəqəsi isə xarici siyasətimizin şaxələndirilməsidir. Hazırda bizim xarici siyasətimizin məqsədi bir qədər fərqlidir və onu qısaca ifadə etsək, məqsəd suverenliyimizi, ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını, eləcə də demokratiyanı qorumaqdır. İndi də bu qavrayışı nəzərə alaraq tərəfdaşlarımızla əlaqələri inkişaf etdirməyə çalışırıq”, - Kostanyan bildirib.

 

 

Diaspora