Xalqlarımız hər zaman bir-birinin yanında olub.
QAZÍLER.AZ Trend-e istinaden xəbər verir ki, bunu “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
O bildirib ki, başda Qarabağ Zəfəri olmaqla, hər bir sahədə bu həmrəyliyi görmək mümkündür:
"1918-ci ildə Nuru Paşanın qardaşları ilə0000 birlikdə Bakını xilas etdiyi kimi, bu mübarizədə Türkiyə hər zaman Azərbaycanımızın yanında olub. Eləcə də Qarabağ savaşında da Türkiyə Azərbaycanla həmrəy olub. Öz dövlətlərinin torpaqlarını qanla sulayan şəhidlərimizə Allah rəhmət etsin. Şükürlər olsun ki, bu gün Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Çox xoşbəxtik ki, bu gün müstəqil Azərbaycan Respublikasında bir yerdəyik”.