Putin Əsəddən niyə üz döndərdi?

Putin Əsəddən niyə üz döndərdi? backend

Putin Əsəddən niyə üz döndərdi?Suriya Prezidenti Bəşər Əsədə Rusiya tez və əhəmiyyətli hərbi dəstək verməsə, üsyançıların hücumuna tab gətirə bilməz.

QAZÍLER.AZ  Axar.az-a istinaden xəbər verir ki, bunu Böyük Britaniyanın "Chatham House" analitik mərkəzinin eksperti Neil Quilliam deyib.

"Rusiya qoşunlarının sürətlə genişmiqyaslı yerləşdirilməsi olmadan rejimin sağ qala biləcəyi çox şübhəlidir. HTŞ (Heyət Təhrir əş-Şam) və digər qüvvələr Dəməşqə doğru irəlilədikcə, belə bir inkişaf perspektivi çox zəif görünməyə başlayır", - ekspert bildirib.

O qeyd edib ki, rejim Hələb və Həmadan daha çox Dəməşqdə müqavimət göstərə bilər, lakin HTŞ və digər yaraqlı qruplar Əsədi hakimiyyətdən devirmək üçün çox həvəsli və qərarlıdırlar.

Quilliam vurğulayıb ki, Rusiyanın Əsədə dəstəyinin "minimum" olması təəccüblüdür.

 

Diaspora