Türkiyədən ABŞ-a Əsəd rejimi ilə bağlı növbəti xəbərdarlıq...

Türkiyədən ABŞ-a Əsəd rejimi ilə bağlı növbəti xəbərdarlıq... backend

Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.

QAZÍLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, tərəflər Suriyadakı son prosesləri müzakirə ediblər.

Görüşdə nazir Fidan Suriyada əvvəlki səhvlərin təkrarlanmamasının vacibliyini vurğulayıb və bu məqamda rejimin realist davranması, müxalifətlə dialoq qurması və siyasi prosesə başlaması lazım olduğunu vurğulayıb.

Bölgədəki bütün aktorların bu istiqamətdə konstruktiv rol oynaması lazım olduğunu vurğulayan nazir Fidan PKK və İŞİD kimi terror təşkilatlarının Suriyadakı xaotik mühitdən faydalanmasına imkan verilməməsi lazım olduğunu bildirib.

Türk nazir rejimin sahib olduğu kimyəvi silahların bölgədə riskə çevrilməməsi üçün lazımi tədbirlərin görülməsinin faydalı olacağını da qeyd edib.

Diaspora