Türkiyə Böyük Millət Məclisinin (TBMM) 60-dan çox deputatı Azərbaycana səfərə gəlir.
“Report”a bu barədə TBMM-nin Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.
Onlar sabah Milli Məclisin 106 illiyi ilə bağlı “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında iştirak edəcəklər.
Daha sonra türkiyəli deputatlar Qarabağa – Şuşa və Xankəndiyə səfər edəcəklər.