Tbilisidə rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyevlə və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin təkbətək görüşü olub.
QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından önəmi vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.Söhbət zamanı beynəlxalq, ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.