Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb

Ermənistanın müdafiə naziri Pentaqonun rəhbəri ilə görüşüb backend

Dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan Pentaqonun rəhbəri Lloyd Ostin ilə görüşüb.

Apa Ermənistan KİV-ə istinadən xəbər verir ki, Pentaqonda keçirilən görüşdə Ermənistan Silahlı Qüvvələrində islahatlar, Ermənistan-Amerika müdafiə əməkdaşlığının prioritetləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Lloyd Ostin ABŞ-nin Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini, eləcə də islahatları təşviq etməyə hazır olduğunu vurğulayıb.

Tərəflər regionda uzunmüddətli sülhə nail olmaq istəklərini bir daha təsdiqləyiblər.

Diaspora