Azərbaycan və Andorra arasında çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub - YENİLƏNİB

Azərbaycan və Andorra arasında çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub -  YENİLƏNİB backend

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Andorra Knyazlığının xarici işlər naziri İmma Tor Faus ilə görüşüb.

Qaziler.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, COP29 sədrliyimizdən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Nazir ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, sessiyanın nəticələri barədə məlumat verib, xüsusilə iqlim maliyyəsi olmaqla vacib qərarların əldə olunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Andorranın sədrliyimiz tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində irəli sürdüyü 9 bəyanatdan 6-na qoşulmasının məmnunluq doğurduğu vurğulanıb.

Qarşı tərəf, həmçinin regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

20:00

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov andorralı həmkarı İmma Tor Fausla görüşüb.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilir.

Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.

Onlar ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi üçün siyasi dialoqun və müntəzəm siyasi məsləhətləşmələrin əhəmiyyəti vurğulanıb.

Diaspora