İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Maltada görüşünə razılıq veribmiş

İrəvan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Maltada görüşünə razılıq veribmiş backend

İrəvan ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada 31-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsinə razılıq verib.

Apa xəbər verir ki, bu barədə “Sputnik Armenia”ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, belə bir görüşün keçirilməsi təklifi ilə ABŞ dövlət katibi Entoni Blinkenin çıxış etdiyi, lakin Bakının bu təklifi rədd etdiyi barədə Apa diplomatik mənbələrə istinadən məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, Blinken bu görüşün baş tutması üçün israrla vasitəçilik etmək istəyib.

Dövlət katibi bu təşəbbüsü ilə ABŞ-ı yenidən Azərbaycanla Ermənistan arasında sülh prosesinə daxil etmək niyyəti güdüb.

“Lakin Azərbaycan tərəfi Blinkenin görüşün keçirilməsi təklifindən qəti imtina edib.

Səbəb isə budur ki, ümumilikdə Bayden Administrasiyası Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdür.

Buna görə Azərbaycan ABŞ-ın, ümumiyyətlə, sülh gündəliyində iştirakını istəmir, bunu məqsədəuyğun saymır”, - deyə diplomatik mənbə bildirmişdi.

Məlumatda Azərbaycanın məhz ABŞ-ın vasitəçiliyindən imtina etdiyi üçün bu görüşün baş tutmadığı vurğulanırdı.

Diaspora