Bu gün Mərkəzi Seçki Komissiyası noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərdə 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizəd olmuş Elza Seyidcahanın iki tərəfdarının müraciətinə baxıb. Trend-in məlumatına görə, müracətdə həmin seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsi xahiş edilib.
İclasda bildirilib ki, MSK-nın ekspert qrupunun araşdırmaları nəticəsində müəyyən olub ki, müraciətin heç bir əsası yoxdur və həmin dairədə səsvermənin nəticələrinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı hal qeydə alınmayıb.Bu səbəbdən müraciət əsassız hesab edilərək təmin edilməyib.