"Qərb diplomatları Türkiyədə iğtişaşlar yaratmağa çalışırdılar".
Qaziler.az “Aydınlık” qəzetinə istinadla yazır ki, bunu Türkiyə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Süleyman Soylu deyib.
“Mən Cənub-Şərqi Anadoluya bir dənə də olsun Qərb diplomatları buraxmadım, çünki onlar iğtişaşları qızışdırmağa çalışırdılar”, - Süleyman Soylu deyib.
Belə ki, Daxili İşlər Nazirliyinin sabiq rəhbəri 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı göstərdiyi reaksiyalara münasibət bildirib. O bu barədə ilk dəfə danışdığını deyib, lakin bu aksiya sayəsində Türkiyə tərəfi uğur qazanıb.
Soylu həmçinin qeyd edib ki, fövqəladə vəziyyət zamanı o, Qərb diplomatlarının Cənub-Şərqi Anadolu ərazisinə daxil olmasını qadağan edib.
QAZİLER.AZ