Suriyada yeni müharibə kimlərə sərf edir? - ŞƏRH

Suriyada yeni müharibə kimlərə sərf edir? - ŞƏRH backend

Hərbi analitik Aleksandr Şarkovski Suriya Ərəb Respublikasında vəziyyətin yaxın gələcəkdə daha da mürəkkəbləşəcəyini qeyd edib.

Qaziler.az xəbər verir ki, o bu barədə “NEWS.ru”ya müsahibəsində danışıb. Onun sözlərinə görə, bu münaqişədə ABŞ və onun Yaxın Şərqdəki hərbi bazaları rol oynayır.

“Suriyanın özündəki düşərgələrlə yanaşı, ABŞ-nin İordaniya, Səudiyyə Ərəbistanı və İraqdakı hərbi bazalarını da heçə saymaq olmaz. Amerika hərbi qüvvələrinin ən geniş yerləşdiyi yer Qətərdəki Əl-Udeid bazasıdır. Bu qüvvələr ABŞ-nin strateji Mərkəzi Komandanlığına tabedir. Vaşinqton istədiyi müddət ərzində regional müharibəyə başlamağa və davam etdirməyə qadirdir, xüsusən də İsrail onu müdafiə etdiyinə görə...”, - deyə analitik izah edib.

Şarkovskinin sözlərinə görə, Suriya daim eskalasiya təhlükəsi altındadır.

“Lakin indi təkcə Suriya Ərəb Respublikasında yerləşdirilmiş Rusiya hərbçiləri deyil, həm də regiondakı iranyönlü birləşmələr ona kömək etməyə hazırdırlar”, - ekspert vurğulayıb.

QAZİLER.AZ

Diaspora