Türk Dövlətləri Təşkilatı (TDT) türkdilli ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması ilə bağlı Sazişin qüvvəyə minməsi ilə bağlı açıqlama yayıb.
QAZÍLER.AZ AZƏRTAC-a istinaden xəbər verir ki, “Daha güclü ticarət əməkdaşlığı və nəqliyyat əlaqəsi üçün irəliləyiş addımı” başlığı ilə yayımlanan açıqlamada deyilir: “Türk Dövlətləri Təşkilatının (TDT) 2022-ci il noyabrın 11-də Səmərqənddə keçirilən Zirvə Görüşü zamanı imzalanan “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Sazişin 2024-cü il noyabrın 29-da qüvvəyə mindiyini elan etməkdən məmnuniyyət hissi keçiririk”.
Mətndə bu təşəbbüsün gömrük prosedurlarını asanlaşdırmaq, rəqəmsal məlumat mübadiləsini inkişaf etdirmək və tranzit müddətlərini qısaltmaqla, Türk dünyası arasında ticarəti asanlaşdırmağı hədəflədiyi vurğulanıb.