Xarici İşlər Nazirliyində vacib TƏYİNAT

Xarici İşlər Nazirliyində vacib TƏYİNAT backend

Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə Səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ötən gün İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.
Səfir Akşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.
Diaspora