“Livanın müqavimət hərəkatı “Hizbullah” İsrailin məğlubedilməzliyi ilə bağlı yayılmış mifləri növbəti dəfə məhv edib”.
Qaziler.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
İran diplomatiyasının rəhbəri İsrailin baş naziri Benyamin Netanyahunun Livanın cənubunda rejimin ağır itkilər verməsindən sonra atəşkəsə çağırdığını bildirib.
“Son bir il ərzində Netanyahu ABŞ-nin tam hərbi dəstəyi və siyasi örtüyündən istifadə etməklə, müharibə cinayətlərini maliyyələşdirmək üçün amerikalı vergi ödəyicilərindən on milyardlarla dollar qazanıb. O, Livanın cənubunda ağır itkilərdən sonra yenə də atəşkəs istəməyə məcbur olub”, - deyə Əraqçi bildirib.
“İsrailin Qəzzada da məğlubiyyətini etiraf etməsinin vaxtı çatıb”, - iranlı nazir sonda əlavə edib.
QAZİLER.AZ