“Əlcəzairin Rusiyadan “Su-57” qırıcıları alması NATO üçün təhlükə yaradacaq”.
Qaziler.az xəbər verir ki, bu barədə “The National Interest”in köşə yazarı Piter Siçiu yazıb.
Onun sözlərinə görə, Əlcəzair hələ də silahlarının təxminən dörddə üçünü Rusiyadan alır. Siçiu iddia edir ki, Rusiyanın “Su-57”ləri Amerikanın “F-16” qırıcılarını alan Mərakeşdən müdafiə üçün lazımdır.
“Bunun NATO, xüsusilə İspaniya, Fransa və Portuqaliya üçün nə demək ola biləcəyi daha vacibdir. Bu ölkələrin heç biri hazırda “F-35”dən istifadə etmir”, - Siçiu qeyd edib.
Müəllif yazır ki, Fransa və İspaniya ordusunun xidmətində olan qırıcılar effektivlik baxımından Rusiyanın “Su-57”dən aşağıdır və Almaniya ilə birgə yaradılmış Avropanın yeni nəsil qırıcıları “Future Combat Air System” (FCAS) 2030-cu illərin ortalarından tez olmayaraq xidmətə veriləcək.
QAZİLER.AZ