Avropa Şurasının Parlament Assambleyasının Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırış Azərbaycan iqtidarının, Azərbaycan Prezidentinin apardığı xarici siyasətin birbaşa nəticəsidir. Bunu Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi, bu problem ətrafında olan məsələlərlə bağlı daim ermənilər yalan, reallıqdan uzaq sənədlər yayırdılar: “Azərbaycan Prezidenti İlham Əliyevin bu istiqamətdə hücum diplomatiyasının aparılması ilə bağlı tövsiyyələri mütləq şəkildə həyata keçirilməli idi. Biz daima bu istiqamətdə reallığı, qanunun aliliyinin Avropada bərqərar olunmasını istəyən bir tərəf kimi çıxış edirik”.