Səfir: “ABŞ Azərbaycana minnətdardır”

Səfir: “ABŞ Azərbaycana minnətdardır” backend

"ABŞ Azərbaycan prezidentinə Əfqanıstandakı əməliyyatlara dəstəyin qanuni çərçivəsinin yenilənməsinə görә öz minnətdarlığını bildirir". APA-nın mәlumatına görә, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

Onun sözlәrinә görә, iki ölkә bu istiqamətdə əməkdaşlıq edir: "Bu əməkdaşlıq iki ölkə üçün vacibdir və bunun davam etdirilməsi hər iki ölkə üçün faydalıdır”.

İki ölkə arasında möhkəm əlaqələrin olduğunu deyən diplomat bu əlaqələrin geniş spektrli məsələləri əhatə etdiyini və bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Qeyd edək ki, noyabrın 2-də prezident İlham Əliyev "NATO">NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycanın iştirakının təmin edilməsi haqqında" sazişi təsdiq edib. Saziş Azərbaycan müdafiə naziri ilə NATO">NATO-nun baş katibi arasında məktublar mübadiləsi formasında imzalanıb.
Diaspora