Mehriban Əliyeva dünyan ən gözəl və ağıllı qadınları sırasında ilk beşlikdədir. Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Qriqori Trofimçuk paylaşıb. Onun sözlərinə görə, bir çox radikallar Azərbaycanın dünyəvi dövlət olmasının qarşısını almaq istəyirlər:
“Mehriban Əliyeva təkcə Qafqazın ən birincilərindən birincisi deyil. Sözsüz ki, o həm də ən gözəl və ağıllı qadın kimi dünyanın ledilər beşliyinə daxildir. Onun stili avtomatik olaraq əksər azərbaycanlı qadınnın xarici görünüşünün və davranışının proqramlaşmasına səbəb olur. Amma çox təəssüf ki, məhz bu faktor dünyanın bir sıra məşhur klerikal (klerikalizm – dinin cəmiyyətdə, siyasətdə rolunun artması, dünyəviliyin əksi – red.) radikallarının Azərbaycanı xüsusi, zərif “hədiyyə” hesab etməyinə səbəb yaradır. Onlar bunun üçün özlərinin islam dünyasına “uyğun olmayan” şeyi birdəfəlik söndürmək istəyirlər”.