Paşinyan: "Ermənilərin şüuraltısı dövlət əleyhinədir"

Paşinyan: "Ermənilərin şüuraltısı dövlət əleyhinədir" backend

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni cəmiyyətinin kollektiv şüursuzluğunu “anti-dövlət” adlandırıb.

Qaziler.az xəbər verir ki, onun fikirlərini “RİA Novosti” sitat gətirib.

“Bizim kollektiv sosial düşüncəmiz, başqa sözlə, şüuraltımız dövlət əleyhinədir. İndiki sosial psixologiyamız, sosial psixologiyamızın genetikası mahiyyət etibarı ilə biz koloniya, subyekt olanda formalaşıb”, - Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, ermənilər 6 əsrə yaxındır ki, xarici ölkələrdə yaşayırlar və buna görə də onların psixikasının “biz bu dövləti yaratsaq belə, ondan qurtulmaq” istəməsi təbiidir.

Baş nazirin sözlərinə görə, hazırda “əsl Ermənistan yaradılır” və bu, mifik “tarixi Ermənistan”la üst-üstə düşmür.

QAZİLER.AZ

Diaspora