Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı iddiasına, minalarla bağlı faktlara mahiyyəti üzrə baxmağa qərar verib backend

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə keçirilən bugünkü dinləmədə Ermənistanın minalar və tələ minaları yerləşdirmək praktikası ilə bağlı rəsmi Bakının iddialarının məhkəmənin yurisdiksiyasından çıxarılmasına dair cəhdlərini rədd edib.

QAZÍLER.AZ APA-ya istinaden xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Mməmmədov “X” platformasındakı paylaşımında qeyd edib.

“Bu gün Beynəlxalq Ədalət Məhkəməsi təsdiq etdi ki, Azərbaycanın Ermənistana qarşı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin onillər boyunca davam etmiş işğalı boyunca etnik təmizləmə və digər irqi ayrı-seçkilik əməllərinə dair məhkəmə işi davam edəcək. Məhkəmə, həmçinin Ermənistanın minalar və bubi tələləri yerləşdirmək praktikası ilə əlaqədar iddiaların məhkəmənin yurisdiksiyasından çıxarılmasına dair Ermənistanın cəhdini rədd etdi. Ermənistanın mina kampaniyalarının qurbanları üçün ədaləti təmin etmək həyati əhəmiyyət kəsb edir, bu say bu günə qədər faciəvi şəkildə artmaqda davam edir”, - Elnur Məmmədov qeyd edib.

 

 

Diaspora