Kobaxidze: Qara dəniz sualtı elektrik kabeli enerji müstəqilliyi və təhlükəsizliyinə effektiv həllər təmin edəcək

Kobaxidze: Qara dəniz sualtı elektrik kabeli enerji müstəqilliyi və təhlükəsizliyinə effektiv həllər təmin edəcək backend

Qara dəniz sualtı elektrik enerjisi və fiber optik kabel layihələri, eləcə də Qara dənizdə aktivləşdirilmiş bərə hərəkəti kimi təşəbbüslər enerji müstəqilliyi və təhlükəsizliyi sahəsində effektiv həllər təmin edəcək.

QAZÍLER.AZ   APA-ya istinaden xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze COP29 çərçivəsində dəyirmi masa (Energy: Advancing Climate Mitigation Action) formatında keçirilən müzakirədə çıxışı zamanı deyib.

"Qara Dəniz sualtı elektrik enerjisi və fiberoptik internet kabelləri, eləcə də Qara dəniz bərə xidməti kimi qabaqcıl təşəbbüslər kommunikasiya sahəsində transformativ təşəbbüsə çevrilə bilər və biz onların həyata keçirilməsini sürətləndirməkdə qərarlıyıq. Bu, bərpa olunan enerjinin Cənubi Qafqaz ölkələrindən Aİ-yə ötürülməsini asanlaşdıracaq, vahid təchizatçıdan asılılığı azaldacaq və enerji portfelini şaxələndirəcək. Güclü şəbəkə bağlantısının yaradılması iştirakçı ölkələrə resursları birləşdirməyə, tələb və təklifi balanslaşdırmağa, enerji dayanıqlılığını gücləndirməyə imkan verəcək. İnanırıq ki, Gürcüstanın Qara dəniz sualtı elektrik enerjisi və fiberoptik kabelləri, eləcə də Qara dənizdə aktivləşdirilmiş bərə hərəkəti kimi təşəbbüsləri enerji müstəqilliyi və təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və etibarlı, alternativ nəqliyyat marşrutları istiqamətində, xüsusən də mövcud mürəkkəb geosiyasi mühitdə effektiv həll yolları təmin edəcək" - deyə Kobaxidze bildirib.

 

 

Diaspora