Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu il martın 22-də təmas xəttini keçən erməni hərbçi Andranik Araratoviç Qriqoryana baş çəkib.
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, başçəkmə noyabrın 2-də olub. Erməni hərbçiyə ailə məlumatları çatdırılıb və ondan ailəsi üçün məlumat alınıb.Qeyd edək ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan bu il martın 22-də öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan hərbçilərinə təslim olub.