Qurumun sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi də regiona gəlir. ATƏT Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareş və qurumun sərhəd məsələləri üzrə xüsusi nümayəndəsi İqnasio Sançes Azərbaycana səfər edəcək.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, səfər martın 15-16-da regiona səfər çərçivəsində baş tutacaq.B. Muradova qeyd edib ki, hər iki şəxsin səfəri əvvəldən gözlənilsə də, dəqiq tarix ATƏT PA-nın qış sessiyası zamanı keçirilən görüşdə məlum olub: “Sançes və Suareş Azərbaycanla yanaşı, Gürcüstan və Ermənistana da səfər edəcək”.