Olaf Şolts tezliklə istefa verə bilər

Olaf Şolts tezliklə istefa verə bilər backend

“Almaniya kansleri Olaf Şolts 2025-ci ilin yanvarında istefa verə bilər”.

Qaziler.az xəbər verir ki, bunu alman politoloq Aleksandır Rahr deyib. “NEWS.ru” ilə söhbətində ekspert vurğulayıb ki, azad demokratlar hökuməti tərk ediblər və kansler artıq parlamentdə səs çoxluğuna malik deyil. Onun fikrincə, Şolts etimadsızlıq səsi ala bilər, bundan sonra Almaniya prezidenti Frank-Valter Ştaynmayer parlamenti buraxmalıdır.

“Parlament buraxılacaq və yeni seçkilər təyin ediləcək. Düşünürəm ki, onlar yanvarın ortalarında, Yeni ildən dərhal sonra baş tutacaq. Mən demək olar ki, buna 100% əminəm. Şolts bunu martda etmək istəsə də, düşünürəm ki, qüvvələr və media onu buna daha əvvəl etməyə məcbur edəcək. Çünki Almaniyanın hara doğru gedəcəyinə dair dolğun siyasətə ehtiyacımız var”, - deyə Rahr izah edib.

Politoloq aydınlıq gətirdi ki, Almaniya sadəcə olaraq 2025-ci ilin martına qədər gözləmək iqtidarında deyil. O qeyd edib ki, Donald Tramp ümumxalq səsverməsində əksər səsləri qazanaraq ABŞ-ın yeni prezidenti olarsa, siyasi Qərbin bütün güclü tərəflərini sarsıtmağa başlayacaq.

QAZİLER.AZ

Diaspora