Peskov Moldovada keçirilən prezident seçkilərini "natəmiz" adlandırdı

Peskov Moldovada keçirilən prezident seçkilərini "natəmiz" adlandırdı backend

“Moldovada prezident seçkilərinin nəticələrini təmiz hesab etmək olmaz”.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. Onun dediyinə görə, səsvermə manipulyasiyalarla dolu olub.

Rusiya prezidentinin mətbuat katibi həmçinin vurğulayıb ki, Moskva Kişinyovla ikitərəfli münasibətlərin perspektivlərinə “çəhrayı rəngli eynəklə” baxmağa meylli deyil. Eyni zamanda, Peskov Rusiyada yüz minlərlə moldovalıya prezident seçkilərində səsvermə hüququ verilmədiyinə və bunun səsvermə nəticələrinə təsir edə biləcəyinə diqqət çəkib.

Peskov əlavə edib ki, tanınmamış dövlətin sakinləri Moldovanın hazırkı hakimiyyətini dəstəkləməyə meylli deyillər, bu problem konstruktiv səylər tələb edir.

QAZİLER.AZ

Diaspora