Elmar Məmmədyarov Fransanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Fransanın yeni səfirini qəbul edib backend

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Aurelia Buşeni qəbul edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Diaspora