Birinci Qarabağ müharibəsində şəhid olan Cahangir Səfərovun qalıqları Ağdamda torpağa tapşırılıb.
Apa xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, şahid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidin nəşinin qalıqları rayonun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.
Hərbi orkestr Dövlət himnini səsləndirib. Yaylım atəşi açılıb.
Qeyd edək ki, Səfərov Cahangir Səfəralı oğlu 1942-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub. Yusifcanlı kəndinin 1993- cü il iyunun 12-də işğalı zamanı kənddə 4 nəfər sakin ermənilər tərəfindən girov götürülüb. Onlardan biri də Cahangir Səfərov olub. Onun nəşinin qalıqları Xankəndi şəhərində aşkar edilib, kimliyi müəyyən edilib və bu gün ailəsinə təhvil verilib.