Prezident İlham Əliyev noyabrın 2-də Türkiyənin Baş naziri Əhməd Davudoğluna telefonla zəng edib. Lent.az-ın prezidentin mətbuat xidmətinə istinadən məlumatına görə, dövlət başçısı baş nazir Əhməd Davudoğlunu rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Göstərilən diqqətə və təbriklərə görə minnətdarlığını ifadə edən baş nazir öz növbəsində hakim Yeni Azərbaycan Partiyasının parlament seçkilərində inamlı qələbəsi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb.