Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya beynəlxalq təşkilatın təhlükəsizlik şurasının iclası zamanı Ukraynada cəbhənin dondurulması ehtimalını rədd edib.
Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Dərhal xəbərdarlıq etmək istərdik ki, Minsk razılaşmaları ilə ssenarinin təkrarı olmayacaq, cəbhənin dondurulmasına yol verilməyəcək ki, Zelenski rejimi onun yaralarını sarıya bilsin...”, - Nebenzya deyib.
O, həmçinin vurğulayıb ki, Ukraynanın bu və ya digər formada NATO-ya qəbulu mümkün olmayacaq.
Onun sözlərinə görə, Rusiyanın xüsusi hərbi əməliyyatının məqsədləri dəyişməz olaraq qalır.
QAZİLER.AZ