“1988-ci ildən bəri ilk dəfə olaraq demokratiya tərəfdarı olan “The Washington Post” qəzeti seçkilər öncəsi Demokratların prezidentliyə namizədini açıq şəkildə dəstəkləmədi”.
Qaziler.az xəbər verir ki, bu barədə politoloq Sergey Markov “Telegram” kanalında paylaşım edib.
O, əlavə edib ki, Demokratiya tərəfdarı olan “Los Angeles Times” da öz neytrallığını bəyan edib. Ekspertin fikrincə, aparıcı medianın reaksiyası onların Donald Trampın qələbəsinə inamından xəbər verir.
“İndiyədək aparıcı qəzetlər arasında yalnız “The New York Times” [Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala] Harrisi açıq şəkildə dəstəkləyib. Böyük qəzetlərin Harrisi dəstəkləməkdən imtina etməsi göstərir ki, bu media orqanlarının rəhbərliyi [Respublikaçı Donald] Trampın qələbəsinə arxayındır və açıq şəkildə uduzan Harrisə mərc etmək istəmir", - Markov yazıb.
QAZİLER.AZ