Fitso Putinlə tərəddüd etmədən danışığa hazır olduğunu bildirdi

Fitso Putinlə tərəddüd etmədən danışığa hazır olduğunu bildirdi backend

Slovakiyanın baş naziri Robert Fitso “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə çəkinmədən görüşməyə hazır olduğunu bildirib.

Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.

"Lazım gələrsə, tərəddüd etmədən prezident Putinlə danışmağa hazıram", - Fitso deyib.

O qeyd edib ki, bu, “tamamilə ciddi” bəyanatdır.

Fiko xatırladıb ki, o, Baş nazir olduğu müddətdə Rusiya prezidenti Putinlə bir neçə dəfə görüşüb.

Slovakiya lideri həmçinin 2025-ci il mayın 9-da Moskvaya səfər etməyi və Qələbə Paradında iştirak etməyi özünün “vəzifə borcu” adlandırıb. O, buna çox şad olacağını deyib.

QAZİLER.AZ

Diaspora