Noyabrın 4-də AŞPA-nın Siyasi işlər komitəsinin Parisdə keçiriləcək iclasında qurumun Cənubi Qafqaz üzrə məruzəçisi Robert Valterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzəsinin ilkin variantı müzakirə ediləcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşüblər.Toplantıda Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.