Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Gürcüstanın “kukla prezidenti” Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib və konstitusiyaya qarşı çıxıb.
Qaziler.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” yayıb.
O qeyd edib ki, bundan sonra adətən vəzifədən uzaqlaşdırma və həbs olur.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ölkənin 150 deputatdan ibarət ali qanunverici orqanında yerlər uğrunda 20-yə yaxın partiya mübarizə aparıb. Ardıcıl 12 il hakimiyyətdə olan hakim “Gürcü arzusu” partiyası 54,3% səslə qalib gəlib. Bir neçə partiya parlamenti boykot elan edib, müxalifət partiyası olan “Dəyişiklik Koalisiyası” isə deputat mandatlarından və dövlətin maliyyə dəstəyindən imtina edib.
QAZİLER.AZ